Menyu

İsrail Prezidenti İsaak Hersoq hökumətə çağırış edib

Nərmin Qocamanlı
İsrail Prezidenti İsaak Hersoq hökumətə çağırış edib

İsrail Prezidenti İsaak Hersoq Baş nazir Binyamin Netanyahuya, eləcə də hökumət və koalisiya üzvlərinə məhkəmə islahatları prosesini dayandırmağa çağırıb.

"Operativ Media" xəbər verir ki, bu barədə İsrail Prezidenti tviterdə bildirib.

Qeyd olunub ki, təhlükəsizlik, iqtisadiyyat, cəmiyyət - hər şey təhlükə altındadır.

"İsrail xalqı ilə birlik naminə, bizə həvalə edilmiş məsuliyyət naminə mən sizi qanunvericilik prosesini dərhal dayandırmağa çağırıram.
Mən Knessetdəki bütün fraksiyaların, istər koalisiya, istərsə də müxalifət fraksiyalarının rəhbərlərini ölkə vətəndaşlarını hər şeydən üstün tutmağa, gecikmədən məsuliyyətlə və cəsarətlə hərəkət etməyə çağırıram. Dərhal özünüzə gəlin! Bu, siyasi məqam deyil, liderlik və məsuliyyət məqamıdır", - İsrail Prezidenti bildirib

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər