Menyu

Yanvar-fevral aylarında Azərbaycandan Türkiyəyə 47 min tondan çox xam neft tədarük edilib

Operativ Media
Yanvar-fevral aylarında Azərbaycandan Türkiyəyə 47 min tondan çox xam neft tədarük edilib

Bu ilin yanvar-fevral aylarında Azərbaycandan Türkiyəyə 22,1 milyon ABŞ dolları dəyərində 47 min tondan çox xam neft və neft məhsulları ixrac olunub.

Dövlət Gömrük Komitəsindən Operativ Media-ya verilən məlumata əsasən, bu, 2025-ci ilin müvafiq dövrünün göstəricilərini dəyər ifadəsində 3 dəfə, həcm baxımından isə 3,2 dəfə üstələyir.

Ümumilikdə cari ilin ilk iki ayında ölkədən 1,704 milyard dollar dəyərində 3,6 milyon tondan çox xam neft məhsulları ixrac edilib. Bu məhsul kateqoriyası üzrə idxalçı ölkələr sırasında Türkiyə 9-cu yerdə qərarlaşıb və ixrac həcminin 1,3 faizi bu ölkənin payına düşüb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər