Qara dəniz üzərində "Boeing" və iki qırıcı görülüb
Qara dənizin Krım sahillərində Böyük Britaniya hərbi hava qüvvələrinə məxsus “Boeing” və iki qırıcı təyyarə kəşfiyyat uşuşu aparıb.
"Operativ Media" xəbər verir ki, bu barədə "Flightradar" xidməti məlumat yayıb.
Xidmətin məlumatına görə, “Boeing”in marşrutunun başlanğıcını müəyyən etmək mümkün olmayıb.
O, Rumıniya üzərində dövrə vurub, sonra Şərqə doğru uçub.
Bundan əvvəl Qara dənizdə Amerikaya məxsus strateji kəşfiyyat pilotsuz uçan aparatı görünüb.
Verilən məlumata görə, "FORTE11" çağırış nişanlı "RQ-4B Global Hawk" pilotsuz təyyarəsi çərşənbə axşamı, fevralın 7-də İtaliyanın Siciliya adasındakı Siqonella hərbi-hava bazasından havaya qalxıb. Qara dəniz üzərində, Rusiya sərhədlərinə yaxın dövrə vurur
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net