Şağanda 41 yaşlı kişi qətlə yetirilib, qardaşı saxlanılıb
Operativ Media
Martın 30-da paytaxtın Xəzər rayonu, Şağan qəsəbəsi ərazisində 1985-ci il təvəllüdlü Qamət Teymurovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Baş Prokurorluğun mətbuat xidmətindən Operativ Media-ya verilən məlumata görə, ilkin araşdırmalarla 1990-cı il təvəllüdlü Qismət Teymurovun aralarında yaranmış mübahisə zamanı Qamət Teymurovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Qismət Teymurov iş üzrə prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net