Binəqədidə anbarda baş verən yanğın məhdudlaşdırılıb - YENİLƏNİB 3- FOTOLAR
Bakı şəhəri, Binəqədi rayonunda yerləşən anbarda baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən tam söndürülüb.
FHN-dən Operativ Media-ya bildirilib ki, yanğın nəticəsində bir dam altında tikilmiş, ümumi sahəsi 3100kv.m. olan anbarın yanar konstruksiyaları 600kv.m. sahədə yanıb.
Anbarın böyük hissəsi və bitişik yerləşən digər tikililər yanğından mühafizə olunub.
***
14:22
Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Binəqədi rayonunda yerləşən anbarda baş vermiş yanğın genişlənməsinə imkan verilmədən məhdudlaşdırılıb.
Qurumdan Operativ Media-ya verilən məlumata görə, hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.
Əlavə məlumat veriləcək.
***
13:20
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən Bakı şəhəri, Binəqədi rayonunda yerləşən anbarda baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.
FHN-dən Operativ Media-ya verilən xəbərə görə, qüvvələr tərəfindən yanğın ərazisinin bütün perimetri boyu yanğına fəal müdaxilələr edilir.
Əlavə məlumat veriləcək.
***
12:28
Bakı şəhəri, Binəqədi rayonunda yerləşən anbarda yanğın başlayıb.
FHN-dən Operativ Media-ya verilən məlumata görə, əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
Əlavə məlumat veriləcək.