Menyu

Yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA - YENİLƏNİB 2

Operativ Media
Yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA - YENİLƏNİB 2

Hazırda ölkə ərazisində intensiv xarakterli yağıntılı hava şəraiti davam edir, dağlıq ərazilərə-Kəlbəcər, Laçın, Şahdağ, Xınalıq və Qrıza isə qar yağır.

Bu barədə Operativ Media-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, hazırda Bakıda və Abşeron yarımadasında düşən yağıntının miqdarı 40 mm qeydə alınır ki, bu da aylıq normanın 170 %-ni təşkil edir.

28-i gün ərzində də yağıntının davam edəcəyi, bəzi yerlərdə intensiv xarakterli olacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində gözlənilən güclü yağıntılarla əlaqədar bəzi ərazilərdə subasma halları istisna olunmur. 29-u gündüz saatlarından yağıntılar tədricən kəsiləcək.

                         ***

14:16

Martın 27-si saat 14:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Operativ Media-ya verilən məlumata görə, hazırda ölkə ərazisində yağıntılı hava şəraiti davam edir, dağlıq ərazilərə-Şahdağ və Qrıza isə qar yağır.

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 19 mm (aylıq normanın 81 %-i), Ağdam, Göygöl, Neftçalada 14, Zərdab, Bərdə, Astarada 13, Xızı, Lənkəranda 12, Beyləqan, Cəlilabad, Daşkəsəndə 11, Goranboy, Kürdəmir, Şamaxıda 10, Lerik, Cəbrayıl, Sabirabadda 9, Şirvanda 8, Xaltan, Yardımlı, Mingəçevir, Gədəbəy, Gəncədə 7, Göyçayda 6, Şəmkir, Oğuzda 5, Ağstafada 4, Tovuz, Qubada 3, Culfa, Şabran, Qax, Qusarda 2, Balakən, Zaqatalada 1 mm-dir.


***
09:40

Ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti müşahidə olunur.

Bu barədə Operativ Media-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Şahdağa isə qar yağır. Qarın hündürlüyü Şahdağda 1 sm-dir.

Düşən yağıntının miqdarı Astarada 13, Lerikdə 9, Cəbrayıl, Şahbuzda 7, Yardımlı, Lənkəran, Beyləqanda 6, Daşkəsən, Ağdam, Biləsuvar, Ordubadda 4, Tərtərdə 3, Goranboy, İmişli, Göygöl, Bərdə, Gədəbəy, Naftalan, Culfa, Naxçıvan, Şərurda 2, Şəmkir, Tovuz, Balakən, Qax, Zaqatala, Şəki, Oğuz, Şamaxı, Xızı, Quba, Qusar, Zərdab, Neftçala, Şabran, Mingəçevir, Yevlax, Kürdəmir, Sabirabad, Salyan, Sədərək, Gəncə, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzuli, Hacıqabul, Bakıda və Abşeron yarımadasında 1 mm-dir.

Hazırda Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti 21 m/s-dir.

Bakıda və Abşeron yarımadası, Daşkəsən, Göygöl, Quba, Qusar, Göyçay, Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.

Əlaqəli Xəbərlər