Zərdabda maşın kanala aşıb, ölən var - YENİLƏNİB 2
Bu gün Zərdabda yol qəzasında xəsarət alan 4 nəfərdən biri dünyasını dəyişib.
Operativ Media xəbər verir ki, xəsarət alan Mütəllim Mütəllimov həkimlərin səyinə baxmayaraq, Zərdab Rayon Mərkəzi Xəstəxanasında ölüb.
***
13.27
25.03.2026-cı il saat 11:10 radələrində Zərdab rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 4 nəfər (1 qadın, 3 kişi) Zərdab Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Operativ Media xəbər verir ki, bu barədə Zərdab Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
Bildirilib ki, yaralılara bədənin müxtəlif nahiyələrinin sınığı diaqnozu təyin olunub və zəruri tibbi yardım göstərilib.
Vəziyyətləri orta ağır qiymətləndirilən 3 nəfərin (2 kişi, 1 qadın) müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir.
1951-ci il təvəllüdlü şəxsin vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıb.
Qeyd edək ki, hadisə zamanı 2 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb.
10:58
Zərdabda yol qəzası olub.
Operativ Media xəbər verir ki, hadisə rayonun Əlvəd kəndi ərazisində qeydə alınıb.
Belə ki, “Hyundai Santa Fe” markalı avtomobil idarəetmədən çıxaraq su kanalına aşıb.
Hadisə nəticəsində 2 nəfər - Nəsibov Rasim Yaqub oğlu və Nəsibova Paket Kamran qızı ölüb, 4 nəfər - Vidadi Nəsibov, Vəkil Abışov, Ramilə Baxışova və Umud Mütəllimov xəsarət alıb.
Fakt araşdırılır.