İran Türkiyəyə qaz ixracını dayandırıb ? - YENİLƏNİB
Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar İrandan ölkəsinə qaz təchizatının dayandırılması barədə iddiaları təkzib edib.
Operativ Media xəbər verir ki, nazir Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərin suallarını cavablandırarkən bu barədə bildirib.
"Belə bir şey yoxdur. Təbii qaz təchizatı ilə bağlı heç bir problem yoxdur. Anbarlar 71 faiz doludur", - o deyib.
Nazir təbii qaz təchizatı ilə bağlı ümumiyyətlə heç bir problemin olmadığını vurğulayıb: "İrandan qaz tədarükü davam edir".
16:49
İran İsrailin Cənub Pars qaz yatağına zərbələrindən sonra Türkiyəyə qaz ixracını dayandırıb.
Operativ Media xəbər verir ki, bu barədə “Bloomberg“ məlumat yayıb.
Məlumata görə, Türkiyə qaz tələbatının təxminən 14%-ni İran qazı hesabına təmin edir, lakin qısa müddətdə bu itkini Rusiya və Azərbaycan qazı, həmçinin ehtiyatları hesabına kompensasiya edə bilər.
İranın qaz ixracını nə qədər müddət dayandıracağı isə hələlik naməlumdur.