Gəncədə 34 yaşlı kişi bıçaqlanıb - YENİLƏNİB
Gəncədə 34 yaşlı kişini bıçaqlayan şəxs saxlanılıb.
Operativ Media xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib.
Məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində R. Hüseynova kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 22 yaşlı Şahmurad Kazımov tutulub.
Faktla bağlı araşdırmalar davam etdirilir.
22:00
Gəncədə bıçaqlanma hadisəsi baş verib.
Operativ Media xəbər verir ki, hadisə şəhərin Yeni Gəncə qəsəbəsində olub.
Belə ki, kəsici alətdən xəsarət alan Daşkəsən rayon sakini 1992-ci il təvəllüdlü Ramil Hüseynov şəhərin tibb müəssisələrindən birinə yerləşdirilib.
Onun kimin tərəfindən və ya hansı şəraitdə bıçaqlanması hələ ki, məlum deyil.
Polis əməkdaşları hadisə ilə bağlı araşdırma aparır.