"Brent” markalı neftin qiyməti 118 dolları keçib - YENİLƏNİB
Operativ Media
Londonun ICE birjasında Brent markalı xam neftin fyuçersləri 118,349 dolları keçib.
Operativ Media xəbər verir ki, Bakı vaxtı ilə saat 13:25-ə olan birja məlumatlarına görə, Brent markalı xam neft 11% bahalaşaraq 118, 349 dollar olub.
Qeyd edək ki, neftin qiymətinin artmasına səbəb Yaxın Şərqdəki müharibə səbəb göstərilir. Xüsusilə enerji obyektlərinin hava hücumlarına məruz qalması bazarlarda volatilliyi artırıb.
***
08:53
Londonun ICE birjasında "Brent” markalı neftin fyuçersləri 4.54% artaraq 112.25 dollar olub.
Operativ Media xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI markalı neftin 1 bareli isə 1.16% dəyər qazanıb.
Nəticədə bu markalı neft 97.44 dollardan ticarət edilib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net