Əraqçi Türkiyəyə başsağlığı verib
Operativ Media
İranın xarici işlər naziri Seyid Abbas Əraqçi Türkiyə vətəndaşının İranda İsrail hücumunda həlak olması ilə bağlı başsağlığı verib.
Operativ Media xəbər verir ki, Əraqçi bu barədə "X" hesabında paylaşım edib.
O bildirib ki, hücum nəticəsində həlak olan türk sürücü Hüseyn Fıratın ölümü mülki şəxslərin hədəfə alındığını göstərir.
"İran torpağında düşmən Amerika-İsrail tərəfindən vurulan zəhmətkeş türk sürücü cənab Hüseyn Fıratın ədalətsiz şəkildə şəhid edilməsi, təcavüzkar qüvvələr tərəfindən günahsız və mülki insanların hədəf alınmasının açıq sübutudur. Bu müqəddəs ayda onun ailəsinə başsağlığı verir və əziz şəhidimizə Allahdan sonsuz rəhmət diləyirəm".