FED faiz dərəcəsini 3,5-3,75 % səviyyəsində saxlayıb
Operativ Media
ABŞ-nin Federal Ehtiyat Sistemi (FED) baza faiz dərəcəsini illik 3,5-3,75 % səviyyəsində saxlayıb.
Operativ Media xəbər verir ki, bu barədə FED-nin məlumatında deyilir.
Qurumun açıqlamasında bildirilib ki, bu qərarın verilməsinə Yaxın Şərqdə baş verən hadisələr fonunda iqtisadi qeyri-müəyyənliyin artması təsir göstərib.
“Yaxın Şərqdəki hadisələrin ABŞ iqtisadiyyatı üçün nəticələri qeyri-müəyyən olaraq qalır. Komitə risklərə diqqətlə yanaşır. Komitə maksimum məşğulluğun dəstəklənməsinə və inflyasiyanın 2 %-lik hədəf səviyyəsinə qaytarılmasına qətiyyətlə sadiqdir”, – deyə məlumatda qeyd olunub.
Qeyd edək ki, FED daha əvvəl də faiz dərəcələrini 0,25 % səviyyəsində saxlamışdı.