Ana səhifə / Ölkə / Gəncə sakini torpaq sahəsinə görə bıçaqlanıb Gəncə sakini torpaq sahəsinə görə bıçaqlanıb 18.03.2026, 20:07 Operativ Media Gəncədə 56 yaşlı kişi bıçaqlanıb. Operativ Media xəbər verir ki, hadisə şəhərin Totanlı kəndi ərazisində qeydə alınıb. İlkin məlumata görə kişi tanıdığı şəxs tərəfindən torpaq sahəsi üstündəki ədavətə görə bıçaqlanıb.1970 ci il təvəllüdlü Elcan Əllilli bədənin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya çatdırılıb. Ona ilkin tibi yardım göstərilib, vəziyyəti kafidir.