Menyu

Suriya uçuş məhdudiyyətlərini uzadıb

Operativ Media
Suriya uçuş məhdudiyyətlərini uzadıb

Suriya hökuməti ölkənin hava məkanında mövcud uçuş məhdudiyyətlərini martın 20-nə qədər uzadıb.

Operativ Media xəbər verir ki, bu barədə TASS-a ölkə üzərindəki hava hərəkətinə nəzarət edən Dəməşq Uçuş Məlumat Bölgəsindəki mənbə bildirib.

Agentliyin mənbəsi bildirib ki, hava məkanında uçuşlar 20 mart cümə günü saat 21:00-dək məhdudlaşdırılıb.

İndiyə qədər yalnız Hələb Beynəlxalq Hava Limanı sərnişin reyslərini qəbul edib yola salıb.

Mənbə izah edib ki, uçuşlar üçün üç dəhliz ayrılıb, bunlardan ikisi Türkiyə sərhədinə, biri isə Aralıq dənizinə, Nikosiya hava nəqliyyatı dispetçerlərinin nəzarəti altında olan ərazinin sərhədinə qədər uzanır.

Əlaqəli Xəbərlər