Avtoxuliqanlıq edən sürücü həbs olunub
Operativ Media
Balakəndə avtoxuliqanlıq edən sürücü həbs olunub.
Operativ Media xəbər verir ki, Balakən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə avtoxuliqanlıq edən sürücü Elnur Yusubov saxlanılıb.
O, idarə etdiyi nəqliyyat vasitəsilə yol hərəkəti qaydalarını davamlı olaraq kobud şəkildə pozub və ictimai asayişin pozulmasına yönələn hərəkətlərə yol verib.
Həmin şəxs barəsində toplanmış material baxılması üçün məhkəməyə göndərilib və məhkəmənin qərarı ilə
E.Yusubovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla 23 sutka inzibati qaydada həbs olunub.