Pakistan və Əfqanıstan arasında atəşkəs əldə olunub
Operativ Media
Pakistan İd əl-Fitr bayramı ilə əlaqədar olaraq Əfqanıstana qarşı hərbi əməliyyatı beş gün müddətinə dayandırır.
Operativ Media xəbər verir ki, bu barədə Pakistanın informasiya naziri Attaullah Tarar "X" sosial şəbəkəsində bildirib.
"Qarşıdan gələn İd əl-Fitr İslam bayramı ərəfəsində Pakistan hökuməti öz təşəbbüsü, eləcə də qardaş İslam ölkələri - Səudiyyə Ərəbistanı Krallığı, Qətər və Türkiyənin xahişi ilə Əfqanıstanda terrorçulara və onların dəstək infrastrukturuna qarşı davam edən "Qəzəb-lil-həqq" əməliyyatının müvəqqəti dayandırıldığını elan etmək qərarına gəlib", - bəyanatda bildirilib.
Qeyd olunub ki, bu rejim 2026-cı il martın 18-dən 19-na keçən gecə yarısından martın 23-dən 24-nə keçən gecə yarısınadək qüvvədə olacaq.