Ödəmə vaxtı keçmiş kreditlərin məbləği 17 faiz artıb
Operativ Media
Mərkəzi Bankın təqdim etdiyi məlumata görə, 2026-cı il fevral ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli əvvəlki ilin eyni dövrü ilə müqayisədə 8,7 faiz artaraq, milli valyuta ekvivalentində 31 milyard 863,7 milyon manat təşkil edib.
Operativ Media xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, ümumi kredit portfelinin 26 milyard 171,6 milyon manatı və ya 82,1 faizi uzunmüddətli kreditlərin payına düşüb.
Kreditlərin 94,1 faizi banklar, 5,9 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği il ərzində 17,3 faiz artaraq 557,5 milyon manat olub və ümumi kredit portfelinin 1,7 faizini təşkil edib.