Menyu

"Qalatasaray"ın Bakıya gəlmə tarixi müəyyənləşdi

Redaksiya
"Qalatasaray"ın Bakıya gəlmə tarixi müəyyənləşdi

"Qalatasaray”ın Azərbaycana səfərinin vaxtı müəyyənləşib.

“Qarabağ” klubunun mətbuat xidmətindən "Operativ Media"ya verilən xəbərə görə, İstanbul təmsilçisi Bakıya martın 25-də, saat 23:30-23:40 radələrində çarter reysi ilə gələcək. “Sarı-qırmızılar”ın “Qarabağ”la oyun öncəsi məşqi və baş məşqçi Okan Burukun mətbuat konfransı nəzərdə tutulmayıb.

“Qalatasaray” matçdan dərhal sonra Azərbaycanı tərk edəcək. Oyundan sonra isə Okan Burukun mətbuat konfransı planlaşdırılıb.

Xatırladaq ki, “Qarabağ” - Qalatasaray” yoldaşlıq oyunu martın 26-də Bakı Olimpiya Stadionunda keçiriləcək. Görüş saat 20:00-da başlanacaq. Oyundan əldə edilən bütün gəlir Türkiyədə zəlzələdən zərər çəkən bölgələrə yönəldiləcək.

Teqlər:

"\"Qalatasaray\"ın Bakıya gəlmə tarixi müəyyənləşdi"

Əlaqəli Xəbərlər