Pakistanın Kabilə endirdiyi hava zərbəsi nəticəsində ölənlərin sayı 408-ə çatıb - YENİLƏNİB
Şəfa Hüseynli
Pakistanın Əfqanıstan paytaxtına endirdiyi hava hücumu nəticəsində ölənlərin sayı 408-ə çatıb, ən azı 265 nəfər yaralanıb.
Operativ Media xəbər verir ki, bu barədə "Reuters" Əfqanıstan Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.
***
08:13
Pakistanın Əfqanıstan paytaxtına endirdiyi hava zərbələri nəticəsində 250-dən çox insan həlak olub, 400-dən çox insan yaralanıb.
Operativ Media xəbər verir ki, bu barədə Əfqanıstanın "TOLO News" televiziya kanalı məlumat yayıb.
Hücumlar Kabilin müxtəlif ərazilərini hədəf alıb. Əfqanıstanın Ali Liderinin sözçüsü Zəbihullah Mücahid hücumun insan itkisi və yaralanması ilə nəticələndiyini bildirib və Pakistanın hərəkətlərinin cavabsız qalmayacağına söz verib.