Menyu

Şahzadə Uilyam Ukrayna sərhədi yaxınlığındakı hərbi bazaya səfər edib

Şahzadə Uilyam Ukrayna sərhədi yaxınlığındakı hərbi bazaya səfər edib

Şahzadə Uilyam Polşanın cənub-şərqindəki Rzeşova hərbi bazasına qəfil səfər edib.

"Operativ Media" xəbər verir ki, o, Britaniya əsgərlərinə təşəkkür edib.

Şahzadə Uilyamın səfəri təhlükəsizlik baxımından gizli saxlanılıb.

Hərbi baza Ukrayna sərhədi yaxınlığında yerləşir.

"Burada etdiyiniz hər şeyə görə təşəkkür edirəm. Siz burada həqiqətən vacib bir iş görürsünüz. Azadlığımızı müdafiə etmək həqiqətən vacibdir. Hər kəs sizi dəstəkləyir”,- deyə o, qeyd edib.

Qeyd edək ki, Rzeşov Ukrayna sərhədindən bir saatdan çox məsafədə yerləşir.

Britaniya qoşunları Polşanın hava məkanının təhlükəsizliyinə kömək etmək üçün oradadır.

APA

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər