Menyu

Qazaxıstanda səs vermə başa çatıb - YENİLƏNİB

Operativ Media
Qazaxıstanda səs vermə başa çatıb - YENİLƏNİB

Qazaxıstanda yeni konstitusiya layihəsi üzrə keçirilən referendumda səsvermə üçün açılmış məntəqələr yerli vaxtla saat 20:00-da bağlanıb.

Operativ Media xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Məlumata görə, ölkə daxilində seçki məntəqələrinin böyük hissəsi saat 07:00-da fəaliyyətə başlayıb. Bəzi məntəqələr, o cümlədən hərbi hissələrdə yerləşənlər isə saat 06:00-dan etibarən açılıb.

Bununla yanaşı, xaricdə fəaliyyət göstərən bəzi məntəqələr hələ də işləməkdə davam edir. Onlardan sonuncusu ABŞ-nin San-Fransisko şəhərində yerləşir və martın 16-sı səhərədək açıq olacaq.

Mərkəzi Referendum Komissiyasının məlumatına görə, yerli vaxtla saat 18:00-a olan vəziyyətə əsasən seçici fəallığı 70,98% təşkil edib.

Beləliklə, referendum baş tutmuş hesab olunur, çünki səsvermədə seçici siyahılarına daxil edilmiş vətəndaşların 50%-dən çoxu iştirak edib.

Yeni konstitusiya layihəsi fevralın 12-də dərc olunub. Sənəddə əsas yeniliklər arasında ölkədə birpalatalı parlamentə - Kurultaya keçid, vitse-prezident vəzifəsinin təsis edilməsi və ali məsləhətçi orqan kimi Xalq Şurasının yaradılması nəzərdə tutulur.

Bundan başqa, layihədə milli hüququn beynəlxalq hüquqdan üstünlüyünü nəzərdə tutan yeni normalar da əksini tapıb.

Referendumda vətəndaşlar sənədi dəstəkləyəcəyi halda yeni konstitusiyanın iyulun 1-dən qüvvəyə minəcəyi gözlənilir.

18:00

Qazaxıstanda keçirilən konstitusiya referendumunda seçici fəallığı 70,98% təşkil edib.

Operativ Media xəbər verir ki, bu barədə Mərkəzi Referendum Komissiyasının katibi Şavkat Ötəmisov məlumat verib.

Onun sözlərinə görə, ölkə üzrə ümumilikdə 8 845 280 vətəndaş səsvermə hüququndan istifadə edib.

11:27

Qazaxıstanda yeni Konstitusiya üzrə ümumrespublika referendumunda vətəndaşların iştirakı yerli vaxtla saat 12:00-a (Bakı vaxtı ilə saat 11:00-a) 37,54 faiz və ya 4 677 595 nəfər təşkil edib.

Operativ Media xəbər verir ki, bu barədə ölkənin Referendum Mərkəzi Komissiyası xəbər yayıb.

Ən aşağı fəallıq Almatı şəhərində 14,85% olaraq qalır, ən yüksək fəallıq isə Aktobe bölgəsində 45,73% təşkil edir. Astanada isə fəallıq 31,23% təşkil edir.

Qeyd edək ki, səsvermə ölkə üzrə 10 mindən çox məntəqədə keçirilir. Referendum saat 20:00-dək davam edəcək. Referendum iştirakçılarının siyahısına 12 mil 461 min 796 vətəndaş daxil edilib.

Əlaqəli Xəbərlər