Şimal-Şərqi Asiya regionundan Azərbaycana səfər edənlərin sayı açıqlanıb
Operativ Media
2026-cı ilin yanvar ayında Şimal-Şərqi Asiya regionundan Azərbaycana 3 mindən çox vətəndaş səfər edib ki, bu da 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,4 faiz çoxdur.
Operativ Media xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyi məlumat yayıb.
Qeyd edək ki, 2025-ci il ərzində ümumilikdə bu regiondan ölkəyə səfər edənlərin sayı illik ifadədə 32 faiz artaraq 84,9 mini üstələyib.