Menyu

Naxçıvanda vergi daxilolmaları 3,9 faiz artıb

Operativ Media
Naxçıvanda vergi daxilolmaları 3,9 faiz artıb

Cari ilin yanvar-fevral aylarında Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 34,8 milyon manata yaxın vergi daxil olub.

Dövlət Vergi Xidmətindən Operativ Media-ya bildirilib ki, bu, ötən ilin eyni dövrünə nisbətən 3,9 faiz və ya 1,3 milyon manat çoxdur.

Qeyri-dövlət sektorundan daxilolmalar 25,5 milyon manat təşkil edib. 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 3,7 milyon manat və ya 16,9 faiz artıb.

Ödənilən vergilərin 73,4 faizi qeyri-dövlət sektorunun, 26,6 faizi isə dövlət sektorunun payına düşüb. Bundan başqa, 2026-cı ilin yanvar-fevral aylarında Naxçıvan Muxtar Respublikasında işsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,7 faiz artaraq 676,8 min manata yaxın olub.

Əlaqəli Xəbərlər