Azərbaycanın şəkər və qənnadı məhsulları ixracı 4 dəfədən çox artıb
Operativ Media
Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixrac göstəriciləri üzrə statistikaya əsasən, 2026-cı ilin yanvar-may aylarında ölkədən 56 milyon ABŞ dolları dəyərində 88 min tondan çox şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları ixrac olunub.
Bu barədə Operativ Media-ya Dövlət Gömrük Komitəsindən verilən məlumata əsasən, bu, 2025-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə dəyər ifadəsində 4,1 dəfə, həcm baxımından isə 4,6 dəfə çoxdur.
Ümumilikdə cari ilin ilk beş ayında ölkədən dəyəri 1,498 milyard dollardan çox təşkil edən Azərbaycan mənşəli qeyri-neft məhsulları ixrac edilib ki, bu da 2025-ci ilin müvafiq göstəricisini 19,2 faiz üstələyir. Ümumi ixracda qənnadı məmulatlarının payı 3,74 faiz təşkil edib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net