Cəlilabadda ana oğlunu ehtiyatsızlıqdan öldürüb - YENİLƏNİB
Cəlilabadda yeniyetmənin ölümü ilə bağlı bəzi təfərrüatlar məlum olub.
Operativ Media xəbər verir ki, 2011-ci il təvəllüdlü Mirkamal Abdulhüseynli yaşadığı evdə döş nahiyəsindən kəsilmiş-deşilmiş xəsarət alıb.
O, yaxınları tərəfindən xəstəxanaya çatdırılıb. Həkimlərin çoxsaylı səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Polis əməkdaşları tərəfindən aparılan araşdırmalar nəticəsində müəyyən olunub ki, yeniyetmənin anası Səliqə Abdulhüseynova bıçaqla ət doğrayan zaman ehtiyatsızlıqdan oğlunu itələyib. Nəticədə övladı bıçaq xəsarəti alıb. Qadın saxlanılıb.
DİN-in Mətbuat xidmətinin regional qrupundan hadisə ilə bağlı sorğuya cavab olaraq bildirilib ki, faktla bağlı polis və prokurorluq əməkdaşları tərəfindən araşdırma aparılır.
20:49
Cəlilabadda üzərində xəsarət izi olan meyit aşkarlanıb.
Operativ Media xəbər verir ki, hadisə rayonun Sərhədabad kəndində qeydə alınıb.
Məlumata görə, meyit kənd sakini, 14 yaşlı Abdulhüseynli Mirkamal Mirqafur oğluna aiddir.
Bildirilir ki, mərhumun ürək nahiyəsində xəsarət izi olub.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.