Xabi Alonso "Liverpul"un yeni baş məşqçisi ola bilər
Operativ Media
ispaniyalı mütəxəssis Xabi Alonso mövsüm başa çatdıqdan sonra "Liverpul"un baş məşqçisi postuna keçə bilər.
Operativ Media xəbər verir ki, bu haqda "OK Diario" məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, tərəflər arasında artıq üçillik əməkdaşlıq barədə razılıq əldə olunub. Lakin Xabi Alonsonun təyinatı klubun hazırkı baş məşqçisi Arne Slotun göstərəcəyi nəticələrdən birbaşa asılıdır. Belə ki, Slot Çempionlar Liqasının qalibi olacağı təqdirdə öz vəzifəsini qoruyub saxlaya biləcək.
Qeyd edək ki, "Liverpul" hazırda 29 turdan sonra 48 xalla İngiltərə Premyer Liqasında altıncı pillədə qərarlaşıb. Komanda Çempionlar Liqasının 1/8 final mərhələsində "Qalatasaray"la qarşılaşacaq.