Menyu

Qazaxıstan klubunun baş məşqçisi "Qarabağ"da təcrübə keçir -

Operativ Media
Qazaxıstan klubunun baş məşqçisi "Qarabağ"da təcrübə keçir -

Qazaxıstanın AKAS klubunun baş məşqçisi Dovran Kendjaxunov “Qarabağ”da keçdiyi təcrübə barədə danışıb.

Operativ Media xəbər verir ki, o ölkəsinin Anews.kz saytına müsahibə verib.

"Təcrübə müddəti uzunmüddətlidir – bir ay davam edəcək. Biz bu eksklüziv imkanı klubun prezidenti Davran Alicanoviç İbrahimovun sayəsində əldə etmişik. "Qarabağ"da bizi çox isti qarşıladılar: klubun strukturu ilə tanış etdilər, hər otağı göstərdilər və lazımi geyimlərlə təmin etdilər. Qurban Qurbanovla tanışlıq isə sakit və rəsmi ab-havada keçdi. O, çox ciddi, liderlik enerjisinə malik bir insandır. Məlum oldu ki, o, Almatını və hətta Qazaxıstan Premyer Liqasının klublarını yaxşı tanıyır. Qurban müəllim mənə məşqçi heyətinə, məşq prosesinə və adətən qapalı olan taktiki nəzəriyyə dərslərinə tam çıxış imkanı verdi", – deyə 34 yaşlı mütəxəssis bildirib.

Kendjaxunovun sözlərinə görə, "Qarabağ"ın avrokuboklardakı uğuru uzunmüddətli və sistemli işin nəticəsidir: "Qarabağ" həqiqətən də fərqli bir səviyyədədir. Hər şeyi daxildən görəndə onların bu zirvəyə necə çatdığını və Çempionlar Liqasının pley-off mərhələsində necə oynadıqlarını başa düşürsən. Bu, heç də şans amili deyil", – deyə o əlavə edib.

Xatırladaq ki, cari mövsümdə "köhlən atlar" Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlsələr də, burada "Nyukasl"a məğlub olublar (3:9). Bundan əvvəl isə Ağdam təmsilçisi "Benfika" və "Ayntraxt" komandalarını eyni hesabla (3:2) məğlub etməyi bacarmışdı.

Qeyd edək ki, yanvar ayında "AKAS" fəaliyyətini bir il müddətinə dayandırdığını elan edib. Almatı təmsilçisi 2025-ci il Birinci Liqasının yekunlarına görə turnir cədvəlində doqquzuncu yeri tutub.

Əlaqəli Xəbərlər