Menyu

Avstraliya İranın qadın futbolçularına viza verib

Operativ Media
Avstraliya İranın qadın futbolçularına viza verib

Avstraliya hakimiyyəti İranın qadınlardan ibarət milli futbol komandasının beş oyunçusuna viza verilməsinə razılıq verib.

Operativ Media "Reuters" agentliyinə istinadən xəbər verir ki, futbolçular Asiya Kubokunda iştirak etdikdən sonra bu ölkədə qala biləcəklər.

Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp bəzi iranlı idmançıların sığınacaq məsələsində Avstraliya hakimiyyətindən dəstək aldığını, komandanın digər üzvlərinin isə vətənə qayıtmaq istədiklərini bildirmişdi. Amerika lideri idmançıların ölüm təhlükəsi ilə üzləşə biləcəkləri İrana qayıtmağa məcbur edilməsini "dəhşətli humanitar səhv" adlandırmışdı. Tramp həmçinin vurğulamışdı ki, ABŞ həmin futbolçuları qəbul etməyə hazırdır.

Qeyd edək ki, İranın qadınlardan ibarət milli komandası Avstraliyada keçirilən Asiya Kubokunda çıxışını başa vurub. Qrup mərhələsindəki hər üç oyunda məğlub olan komanda pley-off mərhələsinə yüksələ bilməyib.

Əlaqəli Xəbərlər