Menyu

G7 ölkələrinin energetika nazirləri neft ehtiyatlarının istifadəsini müzakirə edəcəklər

Operativ Media
G7 ölkələrinin energetika nazirləri neft ehtiyatlarının istifadəsini müzakirə edəcəklər

"Böyük Yeddilik" (G7) ölkələrinin energetika nazirləri martın 10-da növbəti onlayn görüş keçirməyi planlaşdırırlar.

Operativ Media xəbər verir ki, görüşdə enerji resurslarının qiymətindəki kəskin dalğalanmalar fonunda strateji neft ehtiyatlarının əlaqələndirilmiş şəkildə istifadəsi imkanları müzakirə olunacaq. Bu barədə Yaponiyanın maliyyə naziri Satsuku Katayama jurnalistlərə məlumat verib.

"Kyodo" agentliyinin məlumatına görə, energetika idarələri rəhbərlərinin danışıqları artıq bu gün baş tuta bilər.

Qeyd edək ki, martın 9-da G7 nazirləri bu məsələ ilə bağlı artıq bir görüş keçiriblər. Tərəflərin qlobal enerji tədarükünü dəstəkləmək üçün zəruri tədbirlərin görülməsi barədə razılığa gəldiyi bildirilirdi.

Xatırladaq ki, daha əvvəl Londonun "ICE" birjasında "Brent" markalı neftin may fyuçerslərinin qiyməti 119 dollarlıq zirvə nöqtəsindən cəmi bir sutka sonra 90 dollardan aşağı düşüb.

Əlaqəli Xəbərlər