Putin və Tramp arasında telefon danışığı olub
Vladimir Putin axşam saatlarında Donald Tramp ilə telefon danışığı aparıb.
Operativ Media xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.
Onun sözlərinə görə, Tramp Putinə zəng edərək mövcud beynəlxalq vəziyyətin inkişafını müzakirə edib.
Uşakov bildirib ki, danışıq zamanı Putin İran ətrafında yaranmış münaqişənin tənzimlənməsi ilə bağlı fikirlərini bölüşüb. O, həmçinin Körfəz ölkələrinin liderləri ilə apardığı danışıqların nəticələri barədə məlumat verib.
Qeyd olunub ki, telefon danışığında əsas diqqət İran ətrafındakı vəziyyət və Ukrayna üzrə danışıqlara yönəlib.
Uşakovun sözlərinə görə, Putin söhbət zamanı Rusiyanın xüsusi hərbi əməliyyat zonasında qoşunlarının irəliləyişinin uğurlu olduğunu qeyd edib və bunun Ukrayna rəhbərliyini münaqişənin tənzimlənməsi istiqamətində addım atmağa sövq etməli olduğunu bildirib.