İraq millisi İrandakı vəziyyətə görə Dünya Kubokunun pley-off oyununun təxirə salınmasını istəyib
Operativ Media
İraq milli komandasının baş məşqçisi Qraham Arnold İrandakı vəziyyətə görə FIFA-dan 2026-cı il dünya çempionatına vəsiqə uğrunda qitələrarası pley-off oyununun təxirə salınmasını istəyib.
Operativ Media xəbər verir ki, mart ayının sonunda İraq komandasının Meksikada Boliviya-Surinam matçının qalibi ilə oynaması planlaşdırılır.
Arnold "Reuters" agentliyinə bildirib ki, "Son 40 ildə ölkə tarixində ən vacib matç üçün ən yaxşı komandaya ehtiyacımız var. Artıq hava limanı bağlandığı üçün Meksikaya getmək üçün alternativ bir yol tapmaq üçün çox çalışırıq. Məncə, FİFA oyunu təxirə salsaydı, düzgün hazırlaşmaq üçün vaxtımız olardı."
Dünya çempionatı 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək.