İrandan atılan raket Türkiyə hava məkanında məhv edilib
Operativ Media
İrandan atılaraq Türkiyənin hava məkanına daxil olan ballistik sursat Şərqi Aralıq dənizində yerləşdirilən NATO-nun hava və raketdən müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilib.
Operativ Media xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, bəzi sursat parçaları Qaziantepdə boş ərazilərə düşüb.
Hadisə nəticəsində hər hansı can itkisi və ya yaralanma qeydə alınmayıb.
“Türkiyə yaxşı qonşuluq münasibətlərinə və regional sabitliyə böyük önəm verir. Lakin ölkəmizin ərazisinə və hava məkanına yönələn hər cür təhdidə qarşı bütün zəruri addımların qətiyyətlə və tərəddüdsüz atılacağını bir daha vurğulayırıq. Türkiyənin bu istiqamətdə etdiyi xəbərdarlıqlara əməl olunmasının hamının maraqlarına uyğun olduğunu xatırladırıq”, - məlumatda qeyd olunub.