Ceyhun Bayramov niderlandlı həmkarı ilə müzakirə aparıb - YENİLƏNİB
Niderland Krallığının xarici işlər naziri Tom Berendsen Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.
Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.
Bildirilib ki, telefon danışığı zamanı tərəflər regionda artan gərginliklə bağlı fikir mübadiləsi aparıblar. Nazir Ceyhun Bayramov həmkarına Iran tərəfindən Azərbaycan ərazisinə qarşı həyata keçirilmiş dron hücumları və yaranmış təhlükəsizlik vəziyyəti barədə ətraflı məlumat verib.
Ceyhun Bayramov bu hücumların ölkənin suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş qəbuledilməz addım olduğunu vurğulayıb.
Tom Berendsen vəziyyətlə bağlı narahatlığını ifadə edib, hücumları qətiyyətlə pisləyib. O, regional sabitliyin təmin edilməsinin əhəmiyyətini qeyd edib.
Niderland naziri bununla yanaşı Niderland vətəndaşlarının operativ qaydada təxliyəsinə göstərilən dəstəyə görə minnətdarlığını bildirib.
Telefon danışığı zamanı tərəflər həmçinin Azərbaycan ilə Niderland arasında ikitərəfli münasibətlərin inkişaf perspektivləri, həmçinin qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.
17:19
Niderlandın xarici işlər naziri Tom Berendsom Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə telefon danışığı aparıb.
Operativ Media xəbər verir ki, bu barədə Niderland xarici işlər naziri X” hesabında paylaşım edib.
Niderland XİN rəhbəri Naxçıvana edilən son dron hücumlarından sonra Azərbaycana həmrəyliyini ifadə edib və Niderlandın bu hücumu qınadığını qeyd edib.
Tərəflər eyni zamanda gərginliyin azaldılması və təmkinli davranışın vacibliyini müzakirə ediblər. Bildirilib ki, eskalasiyanın qarşısının alınmasında Azərbaycanın rolu mühüm olaraq qalır.
Telefon danışığı zamanı həmçinin bölgədə qalmış vətəndaşların təhlükəsiz şəkildə geri qaytarılması məsələsi də müzakirə olunub.
Tərəflər həmçinin regionda qalan və müxtəlif səbəblərlə geri qayıda bilməyən sərnişinlərin təhlükəsiz şəkildə vətənlərinə qaytarılması məsələsini də müzakirə ediblər.