Menyu

Azərbaycan dəstəyə görə bir sıra ölkə və təşkilatlara təşəkkür edir

Operativ Media
Azərbaycan dəstəyə görə bir sıra ölkə və təşkilatlara təşəkkür edir

Azərbaycan İranın Naxçıvana dron hücumlarından sonra göstərilən dəstəyə görə bir sıra ölkə və beynəlxalq təşkilatlara təşəkkür edir.

Operativ Media xəbər verir ki, paylaşılan məlumatda dəstək ifadə edən ölkələr sırasında Albaniya, Almaniya, ABŞ, Avstriya, Belçika, Belarus, Bolqarıstan, Bosniya və Herseqovina, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Böyük Britaniya, Çexiya, Esvatini, Efiopiya, Ermənistan, Estoniya, Finlandiya, Fransa, Gürcüstan, İordaniya, İspaniya, İsrail, İsveç, İtaliya, Kolumbiya, Küveyt, Latviya, Litva, Liviya, Macarıstan, Mərakeş, Misir, Moldova, Monteneqro, Niderland, Oman, Pakistan, Polşa, Portuqaliya, Qazaxıstan, Qətər, Qırğızıstan, Ruanda, Serbiya, Slovakiya, Sloveniya, Sudan, Suriya, Səudiyyə Ərəbistanı, Şimali Kipr, Türkiyə, Türkmənistan, Özbəkistan, Ukrayna, Yəmən və Yunanıstanın adları yer alıb.

Bununla yanaşı, Avropa İttifaqı, Avropa Şurası, Beynəlxalq Mülki Müdafiə Təşkilatı, Birləşmiş Millətlər Təşkilatı, Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat (GUAM), İslam Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatı da Azərbaycana dəstək göstərən qurumlar sırasında qeyd olunub.


Əlaqəli Xəbərlər