Menyu

AVF ilə Bakı Ali Neft Məktəbi arasında əməkdaşlıq memorandumu imzalanıb

Operativ Media
AVF ilə Bakı Ali Neft Məktəbi arasında əməkdaşlıq memorandumu imzalanıb

Azərbaycan Voleybol Federasiyası (AVF) ilə Bakı Ali Neft Məktəbi (BANM) arasında anlaşma memorandumu imzalanıb.

Operativ Media xəbər verir ki, ilk olaraq tədbir iştirakçıları BANM-ın ərazisinə, həmçinin idman zallarına baxış keçiriblər. 

Sonra memorandumun imzalanması mərasiminə başlanılıb. Sənədi AVF-nin prezidenti Şahin Bağırov və BANM-ın rektoru Elmar Qasımov imzalayıblar. 

Bildirilib ki, memorandumun məqsədi gənclərin sağlam həyat tərzinə cəlb olunması, tələbə-gənclər arasında voleybolun təbliği və populyarlaşdırılması istiqamətində əməkdaşlıq etməkdir. Sənədə əsasən, BANM-ın idman zallarından məşqlər və oyunların təşkili üçün istifadə olunacaq. Həmçinin yaxın gələcəkdə aşağı yaş qrupları üzrə yığma komandaların məşqlərinin burada keçirilməsi nəzərdə tutulur. Tələbələr üçün voleybol idman növünə dair maarifləndirici görüşlərin, kursların təşkil olunacağı, peşəkar məşqçilər tərəfindən təlimlər keçiriləcəyi də vurğulanıb. Bundan əlavə, federasiya BANM tələbələrini ölkəmizdə keçiriləcək yerli və beynəlxalq voleybol yarışlarında tamaşaçı kimi iştirak etmələri üçün biletlərlə təmin edəcək. Tədbirdə bildirilib ki, memorandumun həyata keçirilməsi tələbələr üçün idman infrastrukturundan səmərəli istifadə, peşəkar məşq imkanlarının artırılması və voleybolun populyarlaşdırılmasına töhfə verəcək.

Tədbirin sonunda xatirə şəkli çəkdirilib.

Əlaqəli Xəbərlər