Menyu

DÇ: Azərbaycan millisi Macarıstan səfərində

Operativ Media
DÇ: Azərbaycan millisi Macarıstan səfərində

Azərbaycanın qadın futbolçulardan ibarət yığması bu gün DÇ-2027-nin seçmə mərhələsində növbəti matçını keçirəcək.

Operativ Media xəbər verir ki, C Liqasının 3-cü qrupunda yer alan Siyasət Əsgərovun komandası səfərdə Macarıstan millisi ilə üz-üzə gələcək. Qarşılaşma Felksutdakı “Panço Arena”da, Bakı vaxtı ilə saat 17:30-da start götürəcək.

Görüşü Portuqaliyadan olan baş hakim Filipa Pereyra Kunya idarə edəcək.

Qeyd edək ki, millimiz seçmə mərhələdəki ilk görüşündə Şimali Makedoniya kollektivi üzərində 2:0 hesablı qələbə qazanıb.

Əlaqəli Xəbərlər