"Real Madrid"in iki ulduzu "Mançester Siti"yə qarşı ilk oyunu buraxacaq
Əziz Əzizli
"Real Madrid"in futbolçuları Kilian Mbappe və Cud Bellinqem Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində "Mançester Siti"yə qarşı keçiriləcək ilk oyunda iştirak edə bilməyəcəklər.
Operativ Media xəbər verir ki, bu haqda jurnalist Mario Korteqana məlumat yayıb.
Xatırladaq ki, komandalar arasında ilk qarşılaşma martın 11-də Madriddə baş tutacaq. Mənbənin bildirdiyinə görə, klub rəhbərliyi və tibbi heyət hər iki futbolçunu martın 17-də Mançesterdə keçiriləcək cavab oyununa hazırlamağa çalışır.
Qeyd edək ki, bu mövsüm 27 yaşlı Mbappe bütün turnirlərdə meydana çıxdığı 33 matçda 38 qol vurub və 6 məhsuldar ötürmə edib. 22 yaşlı Bellinqem isə 28 görüşdə 6 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.