Azərbaycanın Tehrandakı Səfirliyinin 9 əməkdaşı İrandan təxliyə olunub
Operativ Media
Azərbaycanın Tehrandakı Səfirliyinin 9 əməkdaşı İrandan təxliyə olunub.
Operativ Mediaxəbər verir ki, onların təxliyəsi "Astara" Dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə təhlükəsiz şəkildə həyata keçirilib.
Təxliyə prosesi müvafiq sənəd yoxlanışı, qeydiyyat və digər prosedurların yerinə yetirilməsi ilə həyata keçirilib və sərhəd-keçid məntəqəsində təhlükəsiz keçidin təmin edilməsi üçün bütün zəruri tədbirlər görülüb.
Qeydiyyat prosedurlarından sonra onlar təhlükəsiz şəkildə təyinat istiqamətlərinə yola salınıblar.
Səfirliyin digər əməkdaşlarının da yaxın saatlarda təxliyəsi gözlənilir.