Axşam saatlarında İrandan Azərbaycana 210 nəfərin təxliyəsi həyata keçirilib
Operativ Media
"Astara" Dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə martın 6-da saat 18:00-dan 21:00-a qədər 210 nəfər İrandan Azərbaycana təxliyə edilib.
Operativ Media xəbər verir ki, bu vaxt ərzində iki azərbaycanlı diplomatın da təxliyəsi baş tutub.
Bundan başqa, Rusiyanın üçü diplomat olmaqla 18, Çin 31, Böyük Britaniya 6, Kanada 5, Pakistan 24, Tacikistan 30, Türkiyə 1, Çexiyanın 3 diplomatı, Özbəkistanın 4, Kipr 2, Belçika 2, Şri-Lanka 6, Oman 12, Latviya 1, Küveyt 4, Bəhreyn 4, İsveçrə 1, İran 5, Misir 1, Avstraliya 1, Gürcüstan 1, Finlandiya 3, Konqo 10, İndoneziyanın 32 vətəndaşı təxliyə olunub.