UFC prezidenti Dana White (Deyna Uayt) Bakıda yeni turnir keçirəcəklərinin anonsunu verib.
Operativ Media bu haqda keçmiş prodüsser Jed Goodmanın X səhifəsinə istinadən xəbər verir.
Uayt "FOX Sport" telekanalına müsahibəsində deyib: “Biz tezliklə Azərbaycana qayıdacağıq. Həmçinin Gürcüstanda turnir keçirmək istəyirik və bu il Cənubi Afrikada da yarış təşkil edə bilərik.”
Qeyd edək ki, ötən yay Bakıda ilk dəfə UFC yarışı keçirilib.