Menyu

Kişilər arasında cüdo Liqasının I turunun qalibləri müəyyənləşib

Operativ Media
Kişilər arasında cüdo Liqasının I turunun qalibləri müəyyənləşib

Martın 6-da cüdo üzrə kişilər arasında Liqa yarışının I turu keçirilib.

Operativ Media xəbər verir ki, Abşeron Olimpiya İdman Kompleksində baş tutan turnirdə 49 klub və idman cəmiyyətini təmsil edən 223 idmançı 7 çəki dərəcəsində medallar uğrunda mübarizə aparıb. 

Bu il kişilər arasında Liqa yarışının 3 turunun keçirilməsi planlaşdırılır. Turların yekununa əsasən idmançıların reytinq siyahısı formalaşacaq.

Mükafatçıları təqdim edirik: 

Kişilər 

-60 kq

1. Babarəhim Mirzəyev (Judo Club 2012)

2. Nicat Məmmədli (Alov İK)

3. Röyal Qayıbov (Judo Club 2012)

3. Kənan Hüseynov (Atilla İK)

-66 kq

1. Rəşad Yelkiyev (Kanokan-TT İK)

2. Zahir Ağazadə (Safarov Judo Academy)

3. Elşən Əsədov (Atilla İK)

3. Hüseyn Allahyarov (Judo Club 2012)

-73 kq

1. Mehdi Cəfərov (Spartak Wrestle Zone)

2. Əbil Yusubov (Atilla İK)

3. Səid Şərifov (Judo Club 2012)

3. İbrahim Əliyev (Judo Club 2012)

-81 kq

1. Roman Qarayev (Qəbələ Bakı)

2. Məhəmməd Ağakişiyev (Sərhədçi İM)

3. Yusif Namazlı (Judo Club 2012)

3. Səid Rzayev (Sərhədçi İM)

-90 kq

1. Mehdi Abbasov (Qəbələ Bakı)

2. Nihad Şıxəlizadə (FHN İSK)

3. Xəyyam Əliyev (Azəri-Cüdo İKİB)

3. Rəsul Quliyev (Azəri-Cüdo İKİB)

-100 kq

1. Canpolad Əliyev (Azəri-Cüdo İKİB)

2. Tunar Fərzəliyev (Judo Club 2012)

3. Hüseyn Eyvazlı (Qəbələ İK şəhər)

3. Şahin Əsədov (FHN İSK)

+100 kq

1. Ramazan Əhmədov (Kanokan-TT İK)

2. Eldar Əliyev (Atilla İK)

3. Qurban Məmmədli (Judo Club 2012)

3. Camal Feyziyev (Sərhədçi İM)

Əlaqəli Xəbərlər