Menyu

İtaliya Azərbaycana qarşı həyata keçirilmiş hücumların qəbuledilməz olduğunu bildirib

Operativ Media
İtaliya Azərbaycana qarşı həyata keçirilmiş hücumların qəbuledilməz olduğunu bildirib

İtaliya Respublikasının baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramova zəng edib.

Operativ Media xəbər verir ki, bu barədə XİN məlumat yayıb.

Telefon danışığı zamanı tərəflər regionda yaranmış təhlükəsizlik vəziyyəti, xüsusilə də İran tərəfindən Azərbaycan ərazisinə qarşı həyata keçirilmiş dron hücumları ilə bağlı fikir mübadiləsi aparıblar.

 Nazir Ceyhun Bayramov Azərbaycan ərazisinə qarşı həyata keçirilmiş bu cür hücumların qəbuledilməz olduğunu vurğulayaraq, ölkəmizin suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş hər hansı addımların beynəlxalq hüquqa zidd olduğunu qeyd edib. Bildirilib ki, mülki əhali və infrastruktur üçün risk yaradan bu kimi hərəkətlər regionda təhlükəsizlik və sabitliyə ciddi təhdid təşkil edir.

Nazir Antonio Tajani mövcud vəziyyətlə bağlı narahatlığını ifadə edərək, həmrəyliyini bildirib. O, regionda sabitliyin bərpa olunmasının əhəmiyyətini qeyd edib.

İtaliya naziri İtaliya vətəndaşlarının Azərbaycan Respublikasının ərazisindən istifadə etməklə təxliyyəsinə yaradılmış şəraitə görə Azərbaycan tərəfinə təşəkkürünü ifadə edib. Göstərilmiş dəstəyin yüksək qiymətləndirildiyi bildirilib.

Telefon danışığı zamanı tərəflər həmçinin iki ölkə arasında strateji tərəfdaşlıq çərçivəsində əməkdaşlığın perspektivlərini müzakirə ediblər.

Əlaqəli Xəbərlər