Serbiya XİN İranın Naxçıvana dron hücumunu pisləyib
Serbiya Xarici İşlər Nazirliyi İranın Naxçıvana dron hücumunu pisləyib.
Operativ Media xəbər verir ki, Nazirlik Azərbaycan ərazisində baş verən bu hadisəni qəbuledilməz hesab edib.
Bildirilib ki, həmin hadisə zamanı ərazinin və əhalinin təhlükəsizliyi təhdid olunub.
Nazirlik vurğulayıb ki, Serbiya Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü tam dəstəkləyir:
"Dost ölkələrin daha geniş regional konfliktlərə cəlb olunması və ya sərhəd bölgələrinin, o cümlədən Naxçıvan Muxtar Respublikasının destabilizasiyası cəhdləri qəbuledilməzdir".
Serbiya Respublikası sülhün qorunması, beynəlxalq hüququn və Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin hörmətlə qorunması prinsiplərinə sadiq qalır və Azərbaycan Respublikası ilə dostluq və tərəfdaşlıq əlaqələrinin daha da gücləndirilməsini dəstəkləyir.