Menyu

Kamran Əliyev: Prokurorluq orqanları işçilərinin 22 faizi qadınlardır

Operativ Media
Kamran Əliyev: Prokurorluq orqanları işçilərinin 22 faizi qadınlardır

Baş Prokurorluğun 131 qadın əməkdaşı var. Onlar ümumi işçi sayının 22 faizini təşkil edirlər.

Operativ Media xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbirdə bildirib.

"Baş Prokurorluqda prokurorluq üzrə əməkdaşların 10 faizi qadınlardır. Qadın dövlət qulluqçularının sayı isə 38 faizdən çoxdur. Dövlət qulluğu ilə bağlı kifayət qədər olsa da, hesab edirəm ki, prokurorluqla bağlı azdır. Onu da qeyd edim ki, 2020-2026-cı illərdə prokurorluq orqanlarına qəbulla bağlı keçirilən 7 müsabiqədə 67 xanım uğurlu nəticələr göstərərək sıralarımıza qoşulub. Son 5 ildə prokurorluq orqanlarına götürülən işçilərin 51 faizi qadınlardır”, - deyə Kamran Əliyev vurğulayıb.

Əlaqəli Xəbərlər