Menyu

Avropa klubları "Qarabağ"ın vingeri ilə maraqlanır

Operativ Media
Avropa klubları "Qarabağ"ın vingeri ilə maraqlanır

İngiltərənin bir neçə klubu "Qarabağ"ın hücumçusu Emmanuel Addaini transfer etməkdə maraqlıdır.

Operativ Media xəbər verir ki, bu haqda "Football İnsider" məlumat yayıb.

24 yaşlı cinah oyunçusunun Ağdam təmsilçisi ilə müqavilə müddəti bu yay başa çatır və o, sərbəst agent qismində komandanı tərk edə bilər.  

Qeyd edək ki, "Ayntraxt Frankfurt" qış transfer pəncərəsində Addai üçün etdiyi təklif rədd edilsə də, futbolçuya marağını hələ də qoruyur. Bununla yanaşı, "Napoli" klubu da onun çıxışlarını yaxından izləyir.

Emmanuel Addai cari mövsümdə "Qarabağ"ın Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlməsində mühüm rol oynayıb. O, "Çelsi", "Napoli" və "Ayaks" kimi rəqiblərə qarşı keçirilən görüşlərdə nümayiş etdirdiyi oyunla diqqətləri üzərinə çəkib. Addai həmçinin Çempionlar Liqasının pley-off mərhələsində İngiltərənin "Nyukasl" klubuna qarşı hər iki qarşılaşmada meydanda olub. Futbolçunun daxili çempionatdakı forması da yüksələn xətlə davam edir; o, həftənin ortasında Azərbaycan Kubokunun yarımfinalına yüksəlməyə kömək edən iki qola imza atıb.

Addainin yayda keçiriləcək Dünya Çempionatında Qana millisinin heyətinə çağırılacağı gözlənilir. O, qrup mərhələsində İngiltərə yığmasına qarşı da forma geyinə bilər.

Əlaqəli Xəbərlər