Menyu

Vaşinqton: Bakı-İrəvan razılaşması Gürcüstan üçün də yeni imkanlar yaradır

Operativ Media
Vaşinqton: Bakı-İrəvan razılaşması Gürcüstan üçün də yeni imkanlar yaradır

Prezident Trampın Ermənistan və Azərbaycan arasında vasitəçilik etdiyi sülh razılaşması bütün Cənubi Qafqaz üçün transformativ bir fürsət təqdim edir.

Operativ Media xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentindən "İmedi" telekanalına bildirilib.

Qeyd olunub ki, Gürcüstan bu razılaşmanın mümkün etdiyi sabitlik və rifaha həm töhfə verə, həm də ondan böyük fayda əldə edə bilər.

Dövlət Departamenti ABŞ-nin Gürcüstanla konstruktiv münasibətlər qurmağı səbirsizliklə gözlədiyi vurğulanıb:

"Biz ikitərəfli münasibətlərimizə və Gürcüstandakı siyasi mühitə təsir edən məsələlərlə bağlı Gürcüstan hökuməti ilə əlaqə saxlamağa davam edəcəyik".

Əlaqəli Xəbərlər