Menyu

Azərbaycan və Moldova arasında növbəti siyasi məsləhətləşmələr keçiriləcək

Operativ Media
Azərbaycan və Moldova arasında növbəti siyasi məsləhətləşmələr keçiriləcək

2026-cı ilin ikinci yarısında Azərbaycan və Moldova arasında növbəti siyasi məsləhətləşmələr keçiriləcək.

Operativ Media xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov moldovalı həmkarı Mixay Popşoy ilə Bakıda keçirdiyi brifinqdə verib.

Nazir qeyd edib ki, Azərbaycan-Moldova münasibətləri səmimi və dostluq xarakteri daşıyır, liderlər arasında müntəzəm görüşlər keçirilir. Tərəflər həmçinin 2026–2027-ci illər üçün siyasi məsləhətləşmələrə dair sənəd imzalayıb və görüşdə ikitərəfli münasibətlər, beynəlxalq əməkdaşlıq və regional təhlükəsizlik məsələləri müzakirə olunub.


Əlaqəli Xəbərlər