Fərhad Hacıyev: “Yüksəliş” müsabiqələrinə maraq hər mövsüm artır
“Yüksəliş” müsabiqəsi artıq altıncı mövsümünə hazırlaşır.
Operativ Media xəbər verir ki, bu barədə “Yüksəliş” müsabiqəsinin mətbuat konfransında müsabiqənin işçi qrupunun rəhbəri Fərhad Hacıyev məlumat verib.
O bildirib ki, müsabiqəyə ümumilikdə 39 536 nəfər fərdi olaraq qeydiyyatdan keçib, ümumi qeydiyyatların sayı isə 69 963 təşkil edir.
Qeyd olunub ki, iştirakçılar arasında 30 faiz qadın, 70 faizə yaxın isə kişi namizədlər yer alır.
Fərhad Hacıyevin sözlərinə görə, indiyədək keçirilmiş “Yüksəliş” müsabiqələri geniş ictimai maraqla qarşılanıb və hər mövsüm artan iştirakçı sayı ilə diqqət çəkib.
O həmçinin qeyd edib ki, bu günədək müsabiqənin 116 qalibi olub və onların 80-ə yaxınının vəzifə yüksəlişi qeydə alınıb. Qaliblər müxtəlif sahələrdə fəaliyyət göstərirlər.