Azərbaycan və Moldova XİN-ləri arasında 2026–2027-ci illər üçün Məsləhətləşmələr Planı imzalanıb
Operativ Media
Azərbaycan və Moldova XİN-ləri arasında 2026–2027-ci illər üçün Məsləhətləşmələr Planı imzalanıb.
Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan XİN-nin "X" hesabında paylaşım edilib.
"Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi ilə Moldova Respublikası Xarici İşlər Nazirliyi arasında 2026-2027-ci illər üçün məsləhətləşmələr planı imzalanıb.
Tərəflər bununla siyasi dialoqun möhkəmləndirilməsinə, ikitərəfli əməkdaşlığın dərinləşdirilməsinə və Azərbaycan ilə Moldova arasında tərəfdaşlığın təşviqinə sadiqliyini təsdiqləyib", - paylaşımda qeyd olunub.