Menyu

Azərbaycan parapauerliftinqçiləri Avropa Açıq çempionatında iştirak edəcəklər

Operativ Media
Azərbaycan parapauerliftinqçiləri Avropa Açıq çempionatında iştirak edəcəklər

Azərbaycan parapauerliftinqçiləri Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa Açıq çempionatında qüvvələrini sınayacaqlar.

Operativ Media Azərbaycan Milli Paralimpiya Komitəsinə istinadən xəbər verir ki, yarış martın 6-dan 12-dək davam edəcək.

Turnirdə kişi idmançılardan Elcan Səmədzadə (49 kq), Pərvin Məmmədov (49 kq), Ceyhun Mahmudov (59 kq), Rəsul Zəkiyev (97 kq) və İlhamiz Kərimov (+107 kq) mübarizə aparacaqlar.

Qadınların yarışında isə ölkəmizi Zəhra Dadaşova (61 kq) təmsil edəcək.

Əlaqəli Xəbərlər